Fransa prezidenti Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.
"Unikal" xəbər verir ki, Fransa prezidenti Emmanuel Makron bu həftə Ukraynaya səfər etməyi planlaşdırır. Bunu Fransanın Ukraynadakı səfirinin birinci müşaviri
Bruno Kassanel “Public” ə şərhində bildirib.
Kassanelin sözlərinə görə, səfər çərşənbə günü, iyunun 15-nə planlaşdırılıb. Makron Moldovaya səfərindən sonra Ukraynaya gedəcək.
Qeyd edək ki, Fransa prezidentinin Ukraynaya sonuncu səfəri bu il fevralın 8-də olub.