"Hər iki komandanın şansı var idi. Sadəcə, qollar vura bilmirik. Keçmiş hücumçu kimi bu epizodlara baxanda heyrətə gəlirəm. Rəqib şanslardan istifadə etdi. Onları qələbə münasibəti ilə təbrik edirəm".
"Unikal" report-a istinadən xəbər verir ki, bunu Belarus millisinin baş məşqçisi Georgi Kondratyev Azərbaycan yığmasına 0:2 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra mətbuat konfransında deyib.
62 yaşlı mütəxəssis hücumçu baxımından problem yaşadıqlarını söyləyib: "Komandaların səviyyəsi oyun keyfiyyəti baxımından bərabərdir".
Kondratyev rəqibi yaxşı analiz etdiklərini sözlərinə əlavə edib: "Hətta Mahir Emrelinin sol ayağının üstün olduğunu bilirdik. Sadəcə, həmin epizodda sonadək oynaya bilmədik".
Baş məşqçi ev oyunlarını Serbiyada keçirmələrinə də münasibət bildirib: "Bu bizə təsir. Evdən kənarda oynamaq çox çətindir".
Mütəxəssis Azərbaycan yığmasının sürətli və qısa ötürmələrlə çıxış etdiyini diqqətə çatdırıb.