Ukraynadakı vəziyyət Yaponiyanı düyüdən imtina etməyə məcbur edir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, yapon fermerləri düyü istehsalını azaltmaq və daha çox buğda və soya yetişdirməyə başlamaq niyyətindədirlər. Bu, ölkə sakinlərinin həmişə üstünlük verdiyi məhsulun kəskin bahalaşması ilə bağlıdır.
Qeyd edək ki, hazırda Yaponiya daxili bazar üçün buğdanın 20 faizini, soyanın isə 10 faizini istehsal edir, qalan hissəni isə başqa ölkələrdən idxal edir.