Monteneqro Avropa İttifaqının Rusiya Federasiyasına qarşı sanksiyalarına qoşulub. Hakimiyyət orqanları siyasətçilər və məmurlar da daxil olmaqla 34 rusiyalıya məhdudiyyət qoyub.
"Unikal" xəbər verir ki, bu barədə "Vijesti" məlumat yayıb.
Monteneqro hakimiyyəti Rusiya Federasiyası Dövlət Dumasının deputatları və vəzifəli şəxslərin adlarını qeyd edib:
Kremlin təbliğat kuratoru adlandırılan Prezident Administrasiyası rəhbərinin birinci müavini Aleksey Qromov
Vahid Rusiya deputatı Anna Kuznetsova;
Vahid Rusiya deputatı Leonid İvlev;
Vahid Rusiya deputatı Viktor Kazakov;
Kommunist Partiyasından deputat Oleq Smolin;
Kommunist Partiyasından deputat Oleq Lebedev;
Kommunist Partiyasından deputat İrina Filatova;
LDPR deputatı Vasil Vlasov;“Ədalətli Rusiya”nın nümayəndələri Dmitri və Andrey Kuznetsov və başqaları.
Qeyd olunur ki, Monteneqro hakimiyyəti daha çox Herceg Novi, Budva və Zabljak şəhərlərində daşınmaz əmlaka həbs qoyub.
Üç gün əvvəl Monteneqronun Daxili İşlər Nazirliyi (DİN) əvvəllər barəsində sanksiyalar tətbiq edilmiş 34 Rusiya vətəndaşının 44 mülkünün dondurulduğunu elan edib.
Rusiyanın “Project” araşdırma nəşrinə görə , adları dərc olunmuş siyahıdakı adlarla üst-üstə düşən Rusiya hakimiyyət orqanlarının heç biri rəsmi olaraq xaricdə daşınmaz əmlaka sahib deyil.
Gülayə Mecid