14 iyun 2022-ci il tarixində Qaradağ rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri təntənəli qeyd olunub.
"Unikal" xəbər verir ki, Lökbatan qəsəbəsindəki şəhid Elxan Həsənov adına 139 nömrəli orta məktəbdə keçirilən “son zəng” tədbirində Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı cənab Süleyman Mikayılov, Milli Məsclisin deputatı Səbinə Xasayeva, məktəbin adını daşıyan şəhid anası Zeynəb Həsənova, rayon ictimaiyyətinin nümayəndələri, məktəb kollektivi və valideynlər iştirak ediblər.
Tədbir Azərbaycanın Dövlət bayrağının səhnəyə gətirilməsi və dövlət himninin səsləndirilməsi ilə başlayıb. Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov Ulu Öndər Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı əvəzsiz xidmətlərindən, bu gün ölkə rəhbərliyi tərəfindən təhsil sahəsində aparılan siyasətdən danışıb. Rayonumuzda son illər ərzində təhsil ocaqlarının yenidən tikilməsi, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilməsini təhsildə keyfiyyətin yüksəlməsinə təsir edən amil kimi qiymətləndirib. Müstəqil həyatın astanasında duran məzunlara, ölkəmiz və xalqımız üçün layiqli övlad olmalarını arzula
Milli Məsclisin deputatı Səbinə Xasayeva öz çıxışında 2022-ci ilin məzunlarının “Şuşa İli”nin məzunları olduqlarını bildirdi. Zəfər qazanmış xalqın nümayəndəsi olaraq dövlətimizə və dövlətçiliyimizə sədaqətli olmağı, həyat yollarında inamla addımlamağı tövsiyə edib.
Birinci sinif şagirdləri məzunlara həsr edilmiş şerlər söyləyiblər. Son zəng çalınıb Tədbir bədii proqramla davam etdi. Valideynlər, müəllimlər on birincilərə xeyir-dua veriblər.
Qaradağ rayon məktəblərində son zəng tədbirlərin keçirilməsi üçün məktəb kollektivləri tərəfindən yüksək səviyyədə təşkilatı işlər aparılaraq, bu günün bütün məzunların və iştirakçıların uzun illər ərzində yadında qalan əlamətdar hadisəyə çevrilməsi üçün əllərindən gələni etmişdilər.
Lökbatan, Sahil, Ələt, Puta, Qobustan, Korgöz, Ümid, Sanqaçal, Çeyildağ, Müşviqabad qəsəbələrində yerləşən tam orta məktəblərdə keçirilən “Son zəng” mərasimləri də yaddaqalan olub.