Xəbər verdiyimiz kimi, Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə U-17 Avropa çempionatı davam edir.
"Unikal" xəbər verir ki, yarışın 2-ci günündə yunan-Roma güləşində 5 çəki dərəcəsində qaliblər müəyyənləşib. Milli komandanın 4 üzvü fəxri kürsüyə qalxıb.
Fəraim Mustafayev (55 kq) finalda erməni Hayk Lyudviqyana tam üstünlüklə (13:4) qalib gələrək titulunu qoruyub. Xatırladaq ki, Mustafayev ötən il Bolqarıstanın Samokov şəhərində keçirilən analoji yarışda da Avropa çempionu olmuşdu.