Rusiya Mərkəzi Bankının sədri Elvira Nabiullina ölkədə dollar və avronun dövriyyəsinə qadağa qoyulmayacağını deyib.
"Unikal" xəbər verir ki, Elvira Nabiullina bunu Peterburq Beynəlxalq İqtisadi Forumunda Rusiyada dollar və ya avroya qadağa qoyulmasının mümkünlüyü barədə suala cavab verərkən bildirib.
Rusiya Mərkəzi Bankının sədri, eyni zamanda, vətəndaşların xarici valyutada olan əmanətlərinin müsadirə edilməyəcəyini deyib.
Onun sözlərinə görə, Rusiyanın həm maliyyə sistemində, həm də bütövlükdə iqtisadiyyatda uzun illərdir dollarsızlaşdırma siyasəti aparılır. Lakin Rusiya Mərkəzi Bankının ehtiyatlarında olan dollardan tam imtina etmək niyyəti yoxdur.