İtaliyanın enerji nəhəngi "Enel" şirkəti Rusiyadakı payını satır və Rusiya bazarını tərk edir.
"Unikal" bu barədə "Enel"in İtaliya birjasının saytındakı açıqlamasına istinadən xəbər verir.
"Enel"in ümumi dəyəri 135 milyon dollar olan iki ayrı müqavilə bağladığı bildirilir. Səhmlər “Enel Russia” ASC-nin 56,43%-i “Lukoyl”a və “Qazprombank-Freesia” fonduna satılacaq.
Sövdələşmənin bağlanması üçüncü rübdə gözlənilir və bir sıra şərtlərdən, xüsusən də Rusiya Xarici İnvestisiyalar Komissiyasının və Rusiyanın Federal Antiinhisar Xidmətinin qərarından asılıdır. Bundan əvvəl CEO Francesco Starace Enelin Rusiyadakı aktivlərini satmağa yaxın olduğunu açıqlamışdı.
Qeyd edək ki, “Enel Russia”ya üç qaz elektrik stansiyası - Konakovskaya DRES, Nevinnomysskaya DRES və Sredneuralskaya DRES, həmçinin Rostov vilayətində külək elektrik stansiyası daxildir. Murmansk vilayətində daha bir külək təsərrüfatının tikintisi oktyabrda başa çatacaq.
Ramil Zeynallı