Milli Məclisdə Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reyslərinin bərpa olunması təklif edilib.
"Unikal" xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən iclasında deputat Naqif Həmzəyev çıxış edib.
O bildirib ki, Gəncədə aviareyslərin həyata keçirilməsi məsələsinə yenidən baxılmalıdır:
“Çox təəssüflər olsun ki, bu gün Gəncə-Bakı-Gəncə, Gəncə-Naxçıvan-Gəncə təyyarə reysləri işləmir. Artıq pandemiya bitib. Düşünürəm ki, bu məsələyə AZAL tərəfindən, aidiyyatı qurumlar tərəfindən baxılsa, çox yaxşı olar”.
Anar Kəlbiyev