“İcra başçısı Ziyəddin Əliyev süd kombinatının tikintisinə əngəl oldu. Əvəzində isə 5000 kvadratmetlik ərazidə “Megastore” marketi açıldı”. 

Bu barədə Quba rayonunun bir qrup sakininin “Unikal”ın redaksiyasına müraciətində bildirilib. 


Sakinlər qeyd edib ki, marketin olduğu ərazidə süd kombinatı inşa olunacağı nəzərdə tutulurdu. Bu da rayon sakinlərinin məşğulluğunun, işlə təmin olunmasına öz töhfəsini verəcəkdi:

“Amma Quba rayon icra hakimiyyətinin başçısı Ziyəddin Əliyev sakinlərin ümidlərini puça çıxardı. İcra başçısı həmin ərazini marketlər şəbəkəsinə satdı. Bu yaxınlarda da həmin marketin açılışı keçirilib”.

Müraciətçilər deyir ki, icra başçısı Ziyəddin Əliyev rayonda sahibkarlığın inkişafına mane olur  və özünə yaxın adamlara “yaşıl işıq” yandırır.

Bu da sakinlər arasında narazılığın yaranmasına gətirib çıxarır. 

Sakinlər icra başçısının özbaşınalıqlarına son qoyulacağına ümid edirlər.

Seymur Əli