Çexiyanın paytaxtı Praqada karate üzrə yeniyetmə və gənclər arasında Avropa çempionatı başa çatıb.
"Unikal" xəbər verir ki, 48 ölkədən 1 064 idmançının qatıldığı yarışda Azərbaycanın yeniyetmə və gənclərdən ibarət seçmə komandası 3 qızıl, 2 bürünc medal qazanıb.
Qızıl medalları komandanın aktivinə gənclər arasında Vahid Həsənov (+76 kq), Hüseyn Məmmədli (67 kq), yeniyetmələrin yarışında Əzim Rahib (+70 kq) yazdırıblar. Yeniyetmələr arasında mübarizə aparan komandanın digər üzvləri Aslan Dostuyev (57 kq), Fatimə Məmmədova (47 kq) isə qitə çempionatında üçüncü yerləri tutublar.