Ukrayna ordusu Severodonetsk yaxınlığındakı Metelkino yaşayış məntəqəsinə nəzarəti itirib.
"Unikal" xəbər verir ki, bu barədə Luqansk vilayət administrasiyasının rəhbəri Sergey Qayday deyib.
“Severodonetsk və Lisiçanskın ətrafındakı kəndlərdə döyüşlər gedir. Təəssüf ki, Metelkinoya nəzarəti itirdik”, - Qayday bildirib.