"Diva" ləqəbli müğənni Bülənt Ərsoyun meneceri Fevzi Siverek qəbiristanlıqda çəkilən və gündəm olan videosu ilə bağlı açıqlama yayıb.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, Fevri məzarın quruluşu haqqında danışaraq bunun 1,5 milyon lirəyə (təqribən 146 min 897 manat) başa gələcəyini deyib:
"Zincirlikuyuda Bülənt xanım üçün dəfn yeri düzəltdim. Amma pərəstişkarları ona çata bilməsin deyə bunu bir az dərin edəcəyik. Dərin olacağı üçün Bülənt xanımın məzarına liftlə quraşdıracağıq. Onu liftlə endirəcəyik. Lift isə şifrələnəcək. Qəbri sadə edəcəyik. Təbii ki, 27 illik dostum və ailəm olan Bülənt xanımı dəfn etmək istəmirəm. Məndən əvvəl ölsə, 3 nəfərlik dəfn yeri hazırdır. Büdcə də ayırmışıq. Qəbrin tamamlanması, sistem və sair 1,5 milyon lirəyə başa gələcək”.
Qeyd edək ki, sosial şəbəkələrdə yayımlanan görüntülərdə Bülənt atası Fikrət Erkoçun dəfnində məzar ölçülərinə görə standarta uyğun gəlmədiyini bildirib.