Rosselxoznadzorun ərazi idarəsinin mütəxəssisləri Həştərxan vilayətinin Volqa bölgəsindəki müvəqqəti saxlama anbarında 47 ton xəstəliyə yoluxmuş pomidor aşkar ediblər.
"Unikal" rus mediasına istinadən xəbər verir ki, Azərbaycandan satış məqsədilə gətirilən pomidorlarda (ümumi çəkisi 47 ton) keçirilən reyd zamanı qəhvəyi rəngli Pomidor meyvəsi virusu (ToBRFV) aşkar edilib.
Virus “Rosselxoznadzorun Rostov Referans Mərkəzi”nin Həştərxan bölməsinin mütəxəssisləri tərəfindən aparılan laboratoriya müayinəsi ilə təsdiqlənib.
Nəzarət qurumunun mətbuat xidmətindən verilən məlumata görə, Avrasiya İqtisadi İttifaqı və Rusiya qanunvericiliyinin tələblərinə uyğun olaraq, məhsulların idxalı qadağan edilib və bütün partiya ölkəyə qaytarılıb.
Gülayə Mecid