Seneqalda ən azı 14 miqrant gəmidə baş verən yanğın nəticəsində həlak olub.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, məlumatı Seneqalın Kafutin şəhərinin meri də təsdiq edib. Onun sözlərinə görə, indiyədək 14 nəfərin meyiti tapılıb, lakin onların sayının arta biləcəyi ehtimalı var. Hadisə nəticəsində 21 nəfər xəsarət alıb.