NATO 2014-cü ildən Rusiya Federasiyası ilə qarşıdurmaya hazırlaşır.
"Unikal" TASS-a istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq bildirib.
“NATO uzun müddətdir buna hazırlaşır, biz fevralın 24-də Rusiyanın təhlükəli olduğunu başa düşdük. Reallıq budur ki, biz buna 2014-cü ildən hazırlaşırıq. Buna görə də biz alyansın şərqində hərbi mövcudluğumuzu gücləndirdik və NATO müdafiəyə daha çox pul yatırmağa başladı”, - Stoltenberq deyib.
Bundan əvvəl məlum olub ki, Şimali Atlantika Alyansının iştirakçısı olan ölkələrin Madriddə keçirilən sammitində təsdiq edilmiş NATO-nun yeni uzunmüddətli strateji konsepsiyasında deyilir ki, təşkilat Rusiya Federasiyasının müxtəlif regionlarda hərbi mövcudluğunun güclənməsindən ehtiyat edir.
Ramil Zeynallı