İspaniyanın paytaxtı Madriddə iddiaçılar turnirində növbəti turun oyunları keçirilir.
"Unikal" xəbər verir ki, Azərbaycan qrosmeysteri Teymur Rəcəbov 11-ci turda polşalı Yan-Kşiştov Duda ilə heç-heçə edib.
T.Rəcəbov ötən turların nəticəsinə görə, 5 xal toplayıb.
Xatırladaq ki, mükafat fondu 500 min avro olan turnir dairəvi sistem üzrə keçirilir və 14 turdan ibarət olacaq.