Bakıda avtomobil təmiri mərkəzlərinin birində qeyri-adi hal yaşanıb.

"Unikal"ın məlumatına görə, avtomobilinin salonunda dəyişiklik etmək istəyən sürücü ustaya müraciət edib. Salon söküldükdə usta qəribə mənzərə ilə qarşılaşıb.

Belə ki, maşından ölü ilan tapılıb. Qeyd edək ki, sözügedən avtomobil bir müddət öncə Amerika Birləşmiş Ştatlarından (ABŞ) Azərbaycana gətirilib.

Murad İbrahimli