Ukraynanın Mariupol şəhərində hücumu tənqid etdiyi üçün saxlanılan rusiyalı jurnalist Mariya Ponomarenkonun ruhi xəstəxanaya aparıldığı məlum olub. 

"Unikal" xəbər verir ki, səhhətində heç bir problemi olmayan jurnalistlə bağlı qərar təəccüb doğursa da, müşahidəçilər bunun sovet dönəmində dissidentlərə verilən cəzalara bənzədiyini vurğulayıblar.

Hökumətin hədəfində olan rus jurnalist Mariya Ponomarenkonun Rusiyanın Ukraynaya qarşı başlatdığı savaşla bağlı “Ağıllı insanlar sülh tərəfdarıdır” paylaşımından sonra ruhi xəstəxanaya göndərildiyi açıqlanıb.

İki uşaq anası, 44 yaşlı Mariya Ponomarenko iddia edir ki, hakimiyyət müharibəyə qarşı çıxdığı üçün onu susdurmağa çalışıb. Rusiya rəsmiləri isə jurnalisti “Ukraynanın xüsusi hərbi əməliyyatı” ilə bağlı “saxta” xəbərlər yaymaqda ittiham edirlər.

Ponomarenko Ukraynanın Mariupol şəhərində yüzlərlə dinc sakinin ölümü ilə nəticələnən teatra hücumdan sonra Telegram hesabından paylaşdığı paylaşımda Rusiya hökumətini tənqid edərək, "Minlərlə günahsız insanın ölümünü bilə-bilə susmaq mümkün deyil. Ağıllı insanlar sülh tərəfdarıdır" -deyə qeyd edib. 

Gültəkin Ələsgər