İtaliyanın Toskana vilayətində avtomobil bir qrup velosipedçini əzib. Avtomobilin sürücüsü də daxil olmaqla 4 nəfər həlak olub, daha 6 nəfər yaralanıb. 

"Unikal" “La Nazione” qəzetinə istinadən xəbər verir ki, hadisə Qrosseto kəndi yaxınlığında baş verib. Yaralılar arasında bir nəfərin vəziyyətinin ağır olduğu bildirilir. Qurbanların adları da məlum olub. Antonio Paniko (56 yaş), Roberto Seripa (71 yaş), Nilo Naldini (73 yaş), Mario Fiorilli (82 yaş). 

Nəşr yazır ki, avtomobilin sürücüsü özünü pis hiss edib və avtomobilə idarəetməni itirib. 

Velosipedçilər arasında yerli polis də olub.   

Bundan əvvəl İtaliyada Dolomitlərdəki Marmolada buzlaqının çökməsi 11 nəfərin həyatına son qoyub.