FETÖ-nün xain çevriliş cəhdindən 6 il ötür.

Qanlı çevriliş cəhdinin ildönümündə 15 iyul şəhidlərimiz rəhmətlə yad edilir.

"Unikal" xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sosial media hesabında 15 iyulun ildönümü ilə bağlı paylaşım edib.

İyulun 15-də bütün vətəndaşları İstanbul Saraçhane Meydanına toplaşmağa dəvət edən Ərdoğan paylaşımında qeyd edib:

“Bütün vətəndaşlarımı dəvət edirəm. Çevriliş cəhdini böyük bir dastana çevirdiyimiz və vətənimizə çatan şər əlləri məhv etdiyimiz 15 iyulun ildönümündə İstanbul Saraçhane meydanında olacağıq. Bütün vətəndaşlarımı şanlı mübarizəmizi, şəhidlərimizi yad edəcəyimiz toplantımıza dəvət edirəm”.