Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Sofi Vilmes istefa verib.

"Unikal" Reuters-ə istinadən xəbər verir ki, o, həyat yoldaşının xəstəliyi səbəbindən vəzifə səlahiyyətlərini icra edə bilməməsinə görə postunu tərk edib.

Vilmes aprel ayında beyin xərçəngi diaqnozu qoyulmuş ərinə qulluq etmək üçün müvəqqəti olaraq vəzifəsini tərk etmişdi.

"Vilmes açıqlamasında "Ərimin xəstəliyi çətin bir döyüş olacaq ki, onunla və uşaqlarımızla birlikdə döyüşmək istəyirəm. Hökumətdəki hazırkı vəzifələrim bunu etməyə icazə verməzdi"-deyə nazir bildirib. 

Sofi Vilmes 2019-cu ilin oktyabrında xarici işlər naziri postuna təyin olunmuşdu.