Əməkdar artist Cavanşir Məmmədov "Elgizlə izlə" verilişinə qonaq olub.
"Unikal" xəbər verir ki, o, verilişdə diqqət çəkən açıqlamalar verib. Belə ki, müğənni bu dəfə "Avroviziya"ya getməsindən danışıb.
Aparıcının "Siz də getmək istəyərdiniz" sualına ifaçı belə cavab verib:
"Mən bayrağımızı, dövlətimin səsini ucaltmaq üçün hər şey edərəm. Özümdə o potensialı görürəm. "Avroviziya"ya getmək istəyərəm. Orada beş nəfərlik qrupla çıxış edərəm, dünya bir-birinə dəyər. Deyəcəklər ki, davul, sazla, zurna ilə oxuyacaqsan? Bəli... Gedib dünyanın ən məşhur mahnısını oxuyaram və qəbul etdirərəm".