İtaliyada reklam çəkilişləri zamanı küçənin ortasında öpüşən iki model gözlənilməz müdaxilə ilə qarşılaşıb.

"Unikal" xəbər verir ki, reklam çəkilişləri üçün öpüşən modellərə həmin vaxt yoldan keçən rahibə müdaxilə edib. Həmin anlar kameralar tərəfindən saniyə-saniyə lentə alınıb.
İtaliyada reklam çəkilişi zamanı lentə alınan görüntü sosial mediada böyük marağa səbəb olub. Çəkiliş zamanı rolun bir parçası olaraq öpüşən iki model, o zaman yoldan keçən rahibənin reaksiyası ilə qarşılaşıb.

Öpüşmə səhnəsi zamanı modellərə yaxınlaşaraq onları bir-birindən ayırmağa çalışan rahibənin şəkli sosial mediada da böyük marağa səbəb olub. Rahibə modelləri ayırdıqdan sonra məmurlar tərəfindən çəkiliş meydançasından uzaqlaşdırılıb. Rahibənin reaksiyası zamanı modellərin gülüşü diqqət çəkib.