Kiyev Rusiyanın dondurulmuş aktivlərindən 3 milyard avro tranş alıb.

"Unikal" xəbər verir ki, bu barədə Ukraynanın baş naziri Denis Şmıqal öz "Telegram" kanalında məlumat verib.

“ERA təşəbbüsü çərçivəsində Aİ-dən Ukraynanın dövlət büdcəsinə üç milyard avro daxil olub. Bu, Avropa İttifaqının dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlə təmin edilən ilk vəsait tranşıdır”, - kabinet rəhbəri yazıb.

Onun sözlərinə görə, bu pullar prioritet büdcə xərclərinə yönəldiləcək.