Ukrayna prezidenti Volodimir Zelenski Ukrayna hərbçilərinin gündəlik itkilərinin təxminən 30 nəfərin öldüyünü, 250 nəfərin isə yaralandığını bildirib.

"Unikal" The Wall Street Journal-a istinadən xəbər verir ki, Ukrayna prezidenti bildirib ki, may və iyun aylarında hərbi əməliyyatların pik nöqtəsində Ukrayna gündə 100-dən 200-ə qədər əsgər itirir; indi bu rəqəm gündə 30 ölü və təxminən 250 yaralıya endirilib.

Bundan əvvəl Zelenski Kiyevin Ukrayna -Avropa İttifaqı sammitinə ev sahibliyi etməyə hazırlaşdığını və ölkəsinin Aİ yolunda institusional gücləndiyini bildirmişdi.Onun sözlərinə görə, o, Avropa Şurasının rəhbəri Çarlzla telefon danışığı zamanı müvafiq addımları müzakirə edib.