İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt Rəvançı tutduğu vəzifədən istefa verib.

“Unikal” iran mətbuatına istinadən xəbər verir ki, Məcid Taxt Rəvançı Səid İrəvani əvəzləyəcək. 

Qeyd edək ki, İranın BMT-dəki yeni daimi nümayəndəsi əvvəllər ölkənin Ali Milli Təhlükəsizlik Şurasının katibinin müavini vəzifəsində çalışmış, həmçinin Səudiyyə Ərəbistanı ilə görüşlər zamanı danışıqlar qrupuna rəhbərlik etmiş Səid İrəvani olacaq.

İran prezidenti İbrahim Rəisi vəzifəsinin icrasına başlamaq üçün Nyu-Yorka səfəri öncəsi İrəvani ilə görüşüb.