Varşava qazı Avropa İttifaqının digər ölkələri ilə bölüşmək niyyətində deyil.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Polşanın iqlim və ətraf mühit naziri Anna Moskva bildirib.
O qeyd edib ki, hazırda Polşanın qaz anbarları artıq doludur: “Bizim təhlükəsiz tədarükümüz var"
Onun sözlərinə görə, "bu gün artıq məhdudiyyətlər tətbiq edən" Aİ-nin 11 ölkəsindən fərqli olaraq, Polşanın bütün ehtiyacları ödənilir.