PKK və digər terror təşkilatları təxribatlarını davam etdirir. İraqda terror təşkilatları hələ də var. Amma İŞİD artıq zəifləyib.
"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu yerli KİV-ə açıqlamasında deyib.
Nazirin sözlərinə görə, Rusiya və ABŞ Suriya ilə bağlı sözlərini yerinə yetirməlidir:
"Onlar terrorçuları ərazidən çıxarmalı idilər. Amma bunu etmədilər. ABŞ hələ silah dəstəyini davam etdirir. ABŞ buna izahat verməlidir".