Yerli vaxtla saat 10:39-da Gəncə stansiyasından 50 km şimalda Samux ərazisində (Azərbaycan-Gürcüstan sərhədində) zəlzələ qeydə alınıb.

"Unikal" Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ episentrdə 4 bala qədər hiss olunub.

***09:14

İyulun 28-də Samux ərazisində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Unikal"a verilən məlumata görə, yeraltı təkanlar saat 03:48-də Gəncə stansiyasından 44 km şimalda Samux ərazisində qeydə alınıb.  Zəlzələnin ocağı 18 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4.1-ə bərabər olub. Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, zəlzələ hiss olunmayıb.