Abşeron rayonunun Ceyranbatan qəsəbəsində həyətyanı sahədə baş vermiş yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Fövqəladə Hallar Nazirliyindən "Unikal"a bildirilib ki, yanğın nəticəsində 400 m² sahədə qamışlıq və müxtəlif növ meyvə ağacları yanıb.

Yaxınlıqdakı ev yanğından mühafizə olunub.