Bu ilin əvvəlindən indiyədək qədər daxili işlər orqanlarının əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqəli 5610 fakt aşkar olunub.
Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, onlardan 1611 fakt satışdır: "Bu dövrdə 2 ton 340 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb".