Bakıda Pakistan vətəndaşı qarət edilib.

"Unikal" Lent.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunda yerləşən “Altus” hotelinin qarşısında baş verib.

Bakıya gəzməyə gələn Pakistan vətəndaşı Sardar Muhammad Aşbaqın içərisində 100 min Pakistan rupisi, 250 manat, 1500 dollar və 300 dirhəm olan pul kisəsi oğurlanıb.

Hadisə barəsində pakistanlı turist polisə məlumat verib.

Faktla bağlı araşdırılma aparılır.