Türkiyəli aktrisa Sinem Ünsalın yeni layihəsi bəlli olub.
"Unikal" xəbər verir ki, aktrisa "Cenazemize hoş geldiniz" adlı filmdə rol alacaq. Ekran işində Sinemin tərəf müqabili aktyor Kubilay Aka olacaq.
Qeyd edək ki, Sinem sonuncu dəfə "Gizli saklı", Kubilay isə "Oğlum" serialında rol alıb. Aktrisa layihədəki tərəf müqabili Halit Sarı Özgürlə münasibətdədir.