Göygöldə 4 qız ehtiyatsızlıqdan dərmandan zəhərləniblər.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb. 2010-ci il təvəllüdlü Aysu Məmmədova, 2010- cü il təvəllüdlü Məryəm Hacıyeva, Şərqiyyə Rüstəmova və Könül Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Dərhal qızlara tibbi yardım, vəziyyətlərin ağır olduğu bildirilir. Məlumata görə, onlar saçlarında bit olduğu üçün mal-qaranı dezinfeksiya etmək üçün istifadə edilən "Niastol" adlı kimyəvi maddəni saçlarına vurublar. Bunda sonra onlar zəhərləniblər.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov