Avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə edilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.
Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Unikal"-a bildirib ki, buna səbəb cənub-şərq istiqamətli hava kütlələrinin ölkə ərazisinə daxil olmasıdır.
G.Məmmədova sözlərinə görə dispers toz hissəcikləri Xətai rayonunda 2.6, Nizami rayonunda 2.5 , Səbail rayonunda 2.7 dəfə normadan yüksək qeydə alınıb.
"Sinoptik vəziyyətlə əlaqədar olaraq tozlu hava şəraiti yaxın 2 gün ərzində davam edəcək".