Suriyanın şimalında “Fərat Qalxanı” əməliyyatı ilə terrordan təmizlənən Bab rayon mərkəzinə raket hücumu olub.
"Unikal" xəbər verir ki, mülki əhalinin sıx yaşadığı rayon mərkəzinə edilən hücumda aralarında uşaqların da olduğu 9 mülki şəxs həyatını itirib, 15-i isə yaralanıb.
Hücumun mənbəyi ilə bağlı araşdırmalar davam edir.