Ermənistan parlamentinin sədrinin müavini, Ermənistanın Türkiyə ilə danışıqlar üzrə xüsusi nümayəndəsi Ruben Rubinyan Türkiyədə baş verən böyük qəzalarla bağlı türkiyəli həmkarı Serdar Kılıça başsağlığı verib.
"Unikal" xəbər verir ki, bu barədə o, özünün "Twitter" hesabında məlumat yayıb.
“Qaziantep və Mardində baş verən yol qəzaları nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm”, - o yazıb.
Xatırladaq ki, Türkiyədə baş vermiş 2 böyük avtomobil qəzası nəticəsində 30-dan çox şəxs həlak olub.