Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1733 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan "Unikal"a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 319, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 337, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 886, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 190 nəfərdir.