Bodrumda qəza keçirən müğənni İbrahim Tatlısesin xəstəxanadan ilk görüntüləri yayılıb.

"Unikal" xəbər verir ki,  Türkiyə KİV-ləri məlumat yayıb. 

***14:42

Xəbər verdiyimiz kimi, türkiyəli sənətçi İbrahim Tatlısəs Bodrum şəhərində yol qəzasına düşüb. 

"Unikal" xəbər verir ki, müğənninin avtomobili yük maşını ilə toqquşub. Belə ki, hadisə nəticəsində avtomobil dərəyə yuvarlanıb. Ətrafdakı insanların xəbər verməsindən sonra hadisə yerinə sağlamlıq, xilasetmə və polis qrupları cəlb edilib.

Belə ki, xilasetmə işləri davam edərkən Tatlısəs xilasediclərə "Məni maşınla birlikdə dərədən çıxarın, sonra xəstəxanaya apararsınız", - deyə yardım istəyib. 

Məlumata görə, İbrahim Tatlısəsin vəziyyəti hazırda yaxşıdır. 

Bununla yanaşı, qəza zamanı Tatlısəsin qızı Elif Ada ilə birlikdə olduğu iddia edilib. Mövzu ilə bağlı "Səhifə 2" proqramına danışan Tatlısəsin eks-həyat yoldaşı Ayşegül Yıldız, "İbrahim bəylə indicə telefonda danışdım, çox şükür yaxşıdır. Onu maşında ilişib qaldığı yerdən çıxarmaq üçün edilən cəhdlər davam edir. Qızım Elif Adanı Bodrumda bibisi ilə qoyub İstanbula qayıtdım. Bu qəza baş verdi. Xəbəri eşidəndə özümü itirdim. Allaha şükür, qızım maşında yox idi", - deyə ifadə  edib. 

Gülayə Mecid 

 

***12:45

 

Ustad sənətkar İbrahim Tatlıses Bodrumda yol qəzasına düşüb.

"Unikal" “Hürriyet”ə istinadən xəbər verir ki,  müğənnini xilas etmək üçün hadisə yerinə xilasedicilər gəlib. Tatlısəsin xəsarət aldığı bildirilir.

Məlumata görə, İbrahim Tatlısesin qızı da yanında olub.