Tacikistan hakimiyyəti Əfqanıstan xalqına humanitar yardım göstərməyə hazırdır.
"Unikal" xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon deyib .
Rəhmon BMT Baş Assambleyasının 76-cı sessiyasının sədri Abdulla Şəhidlə əfqanlara beynəlxalq yardımı müzakirə edib.
“Tacikistan tərəfi Əfqanıstan xalqına bu cür humanitar yardım göstərmək üçün öz maddi-texniki imkanlarından geniş istifadə etməyə hazır olduğunu vurğulayıb”, - deyə Rəhmon bildirib.
Bundan əlavə, Tacikistan lideri və Şəhid BMT ölkələrini terrorizm, ekstremizm, narkotik ticarəti və mütəşəkkil cinayətkarlığa qarşı birgə mübarizəyə çağırıb.