Xəbər verdiyimiz kimi, ötən gün Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın ölkəyə yeni təyin olunan səfiri Elçin Qasımovun etimadnaməsini qəbul edib.

"Unikal"ın məlumatına görə, Slovakiyanın ölkəmizdəki yeni səfiri Elçin Qasımov 29 dekabr 1987-ci ildə anadan olub.

Əslən Kəlbəcər rayonunun Başlıbel kəndindən olan E.Qasımov idmanın gimnastika növü ilə məşğul olub. Həmçinin, tennis üzrə Avropa birincisidir.

Diplomatik fəaliyyətə başlamazdan əvvəl Slovakiya Respublikasının Parlamentinin sədrinin müşaviri vəzifəsində çalışıb.

Bir müddət isə Slovakiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili vəzifəsini tutub.

E.Qasımovun atası professor Cəlal Qasımov uzun illərdir Azərbaycanın Slovakiyadakı fəxri konsuludur. Yeni səfir Milli Məclisin deputatı Mircəlil Qasımlının əmisi oğludur.

Seymur Əli