Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Eduard Asryan rusiyalı həmkarı, ordu generalı Valeri Gerasimovla danışıqlar aparıb.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Görüş Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Rusiyaya səfəri çərçivəsində baş tutub. Asryan Gerasimovu Qarabağda və Azərbaycanla sərhəddə vəziyyət barədə məlumatlandırıb.
Tərəflər, həmçinin hərbi sahədə Ermənistan-Rusiya əməkdaşlığını müzakirə ediblər, həmçinin Ermənistan Silahlı Qüvvələrinin modernləşdirilməsi və islahatları prosesinə toxunublar.