Rusiya prezidenti Vladimir Putin Rusiya Federasiyası ərazisində olan Ukrayna vətəndaşlarına barmaq izlərini təhvil verməyi əmr edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiyanın Rəsmi Hüquqi İnformasiya Portalında məlumat verilib.
Sənədə əsasən, işğal olunmuş Donbass sakinləri və Rusiya Federasiyasının ərazisinə daxil olan və rəsmi əmək fəaliyyəti ilə məşğul olan digər Ukrayna vətəndaşları 30 gün ərzində barmaq izi qeydiyyatından keçməlidirlər. Onların fotosu da çəkilməli və tibbi müayinədən keçməlidirlər.
Fərmanda qeyd olunur ki, ukraynalılar narkomaniya və təhlükəli yoluxucu xəstəliklərə görə yoxlanılacaq.
Ağarza Elçinoğlu