Pakistanda davam edən leysan yağışları nəticəsində həyatını itirənlərin sayı 982 nəfərə çatıb.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, daha 1 456 sakinin yaralandığı daşqınlar iyunun 14-dən bu günə kimi davam edir.
Yağışlar nəticəsində 802 min 582 heyvan tələf olub, 682 min 139 evə ziyan dəyib.
Çadır şəhərciklərinə sığınanların sayı 498 min 833 nəfərə yüksəlib.
Güclü yağış səbəbindən Pakistan-Əfqanıstan sərhədindəki Çaman sərhəd keçid məntəqəsi müvəqqəti bağlanıb.