Fransa Prezidenti Emmanuel Makron Əlcəzairdə təhqir və etirazlarla qarşılaşıb.
"Unikal" Fransa KİV-lərinə istinadən xəbər verir ki, Makron ölkənin şimal-qərbində, Aralıq dənizi sahilində yerləşən Oran şəhərində gənclərlə ünsiyyət üçün "Disco Maghreb" adlı tarixi musiqi mağazasını ziyarət edib və orada keçirilən şənlik mərasiminə qatılıb.
Mağazadan çıxarkən Makron əlcəzairlilərin etirazı ilə üzləşib.
Məlumata görə, Fransa Prezidenti izdihamın arasında olarkən ""Burdan rədd ol get", "Yaşasın Əlcəzair" şüarları səsləndirilib. Bundan sonra o, tələsik şəkildə avtomobilinə minib.
Görüntülərdə ağsaçlı bir şəxs Makrona "Burdan rədd ol get, yaşasın Əlcəzair", - deyib.
Fransa mətbuatının yazdığına görə, Emmanuel Makron səfərini yarımçıq kəsərək şəhəri tərk edib.
Xatırladaq ki, Makron Əlcəzair və Fransa arasında uzun sürən diplomatik böhrandan sonra bu ölkəyə səfəri zamanı müstəmləkə dövrü arxivləri üzərində işləmək üçün birgə komitə yaratmağı qərara aldıqlarını və bu komitənin tərkibinə iki ölkənin tarixçilərinin də daxil olacağı barədə məlumat verib.