Niderlandın Niv-Beyerland şəhərində yük avtomobilinin törətdiyi yol qəzasında bir neçə nəfər həlak olub.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Niderland polisi "Twitter"də məlumat verib.

Axşam saatlarında naməlum səbəblərdən yoldan çıxaraq istirahət edən insanların üzərinə çıxıb. Hadisə nəticəsində xəsarət almış bir neçə nəfər xəstəxanaya yerləşdirilib. Ölən və yaralananların dəqiq sayı məlum deyil.