Ukrayna Silahlı Qüvvələri Xerson yaxınlığında Rusiyanın anbarlarını, texnikasını, xüsusən də hava hücumundan müdafiə sistemlərini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə Xerson vilayət hərbi administrasiyası sədrinin müşaviri Serhiy Xlan öz "Facebook" səhifəsində məlumat verib.

O, həmçinin qeyd edib ki, Xerson vilayətindəki körpülər zədələnib və bu, işğalçıların maddi-texniki təminatını çətinləşdirib. 

Ağarza Elçinoğlu