Ankara Afinanı kəşfiyyat missiyası zamanı Türkiyə təyyarələrinə S-300 sistemindən raket atmaqda ittiham edib.
"Unikal" xəbər verir ki, bu barədə CNN Türk Türkiyə Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
“Növbətçi türk təyyarələri Yunanıstan tərəfindən Krit adasında yerləşdirilmiş Rusiyanın S-300 hava hücumundan müdafiə sistemindən hücuma məruz qalıb”, - telekanal bildirib.
Qeyd olunur ki, Türkiyənin F-16 təyyarəsi Egey dənizi və Şərqi Aralıq dənizində Rodos adasının 10 min fut qərbində kəşfiyyat missiyası zamanı yer-hava raketi aşkar edib.
Eyni zamanda, "düşmən hərəkətlərinə" baxmayaraq, təyyarələr öz tapşırıqlarını yerinə yetirərək öz bazalarına qayıdıblar.