İsrailin xarici kəşfiyyat xidməti- Mossadın rəhbəri David Barnea bu həftə Tehranla nüvə sazişi üzrə danışıqlar aparmaq üçün ABŞ-a səfər etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bu barədə KAN dövlət teleradio korporasiyası məlumat yayıb.
Bəyanatda deyilir: "Nüvə sazişinə qarşı güclü etirazlar fonunda, Mossad rəhbəri Doody (David) Barnea gələn həftə görüşlər üçün Vaşinqtona gedəcək".
Teleradio şirkətinin məlumatına görə, Barneanın səfəri çərçivəsində onun Konqresin dinləmələrində iştirakı nəzərdə tutulub.
Mossad rəhbərinin Birgə Hərtərəfli Fəaliyyət Planına (JCPOA) qəti şəkildə qarşı çıxdığı vurğulanır. Onun fikrincə, müqavilənin imzalanması “iranlıların bomba istehsalı üçün lisenziyaya sahib olacağına” gətirib çıxaracaq.
Bundan əvvəl İsrailin baş naziri Yair Lapid İsrail Müdafiə Qüvvələrinə və Mossad kəşfiyyat xidmətinə İranla bağlı vəziyyət və yeni nüvə sazişinin mümkün bağlanması ətrafında hər hansı inkişafa hazırlaşmağı tapşırmışdı.